Həmsədr ölkələrdən Ermənistana ciddi Mesaj

Həmsədr ölkələrdən Ermənistana ciddi Mesaj

"Rusiya, ABŞ və Fransa prezidentləri Vladimir Putin, Barak Obama və Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatında qeyd olunan Ermənistan vaxt uzatmaqla münaqişənin həllinə mane olur fikirləri təcavüzkar dövlətə ciddi mesajdır". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

XİN-rəsmisi vurğulayıb ki, Ermənistan hazırkı mövqeyindən geri çəkilməlidir: "Azərbaycanın mövqeyi həmsədr ölkələrin mövqeyi ilə üst-üstə düşür. Bəyanatda da qeyd olunduğu kimi, sülhün əldə edilməsi üçün münaqişə ətrafında danışıqlar gecikdirilməməlidir. Bu gün Ermənistan mövcud status-kvonun qorunub saxlanılmasına çalışır. Bu isə qəbul edilməzdir".

Elman Abdullayev vurğulayıb ki, Ermənistan həmsədr ölkələrin rəhbərləri tərəfindən qəbul edilmiş bəyanatdan dərs alaraq konstruktiv mövqe sərgiləməlidir: "Ermənistan tərəfinin münaqişənin həllini gecikdirdiyinə dair bəyanat, onlara həmsədr ölkələrin rəhbərləri tərəfindən göndərilmiş aydın mesajdır. Azərbaycan münaqişənin həlli istiqamətində danışıqların yenilənmiş Madrid prinsipləri əsasında davam etdirilməsinin tərəfdarıdır. Bu bəyanatla Azərbaycanın haqlı mövqeyi bir daha aparıcı dünya ölkələri tərəfindən dəstəkləndi".

Bütün xəbərlər Facebook səhifəmizdə