"ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın Azərbaycana səfəri tərəflərin razılığına əsasən müəyyən müddətə təxirə salınıb". SİA-nın verdiyi xəbərə görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya səfəri yaxın vaxtlarda baş tuta bilər.
Qeyd edək ki, L.Kojara iyunun 17-18-də Azərbaycana gəlməli idi. Bakıda bir sıra ikitərəfli görüşlərdən sonra Gürcüstan və Ermənistana səfər etməyi planlaşdırmışdı. Lakin prezidentlərin iş qrafikinin gərginliyi ilə əlaqədar ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycan və Ermənistana səfərlərinin təxirə salındığı açıqlanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB