Hindistanın şimalında leysan yağışlardan sonra yaranan güclü daşqın 77 nəfərin ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə nəticəsində 100-ə yaxın adam itkin düşüb. Təbii fəlakətlə əlaqədar 70 min adam təxliyə edilib, yüzlərlə ev dağılıb.
Sel suları yolları yararsız hala salıb, minik avtomobillərini və avtobusları aparıb.
Meteoroloqlar yaxın sutkalarda Hindistanın şimalında yenidən leysan yağışların yağacağını proqnozlaşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB