Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Frankfurt Sülh Araşdırmalar İnstitutunun tədqiqatlar departamentinin rəhbəri Hans Joachim Spangeri qəbul edib. SİA-ya verilən məlumata görə, A.Quliyev qonağa Şura və onun xarici ölkələrin QHT-ləri üçün elan etdiyi qrant proqramı haqqında ətraflı məlumat verib. Şura sədri eyni zamanda konfliktlərin həlli üzrə Avropalı mütəxəssislərin böyük təcrübəyə malik olduğunu bildirərək Sülh Araşdırmalar İnstitutunun Azərbaycan və Almaniya QHT-ləri arasında əməkdaşlığın inkişafında mühüm rol oynaya biləcəyini vurğulayıb. Səmimi qəbul üçün təşəkkürünü bildirən Hans Joachim Spanger əsas işlərinin tədqiqat, məlumatların yayılması və bu informasiyaların dövlət strukturları arasında müzakirələrinin təşkili olduğunu söyləyib. O, Almaniya QHT-ləri və universitetlərinin Şuranın qrant elanına böyük maraq göstərdiyini bildirib.
Hans Joachim Spanger özü də Şuranın qrant proqramında maraqlı olduğunu, mövcud 5 istiqamət üzrə sülh və təhlükəsizliyin gücləndirilməsi və regional münaqişələrin mənfi nəticələrinin aradan qaldırılması (Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müstəvisində) mövzusunda tədqiqat aparmaq istədiklərini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB