Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidentini qəbul edib

Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidentini qəbul edib

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidenti Vuk Yeremiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub və əldə edilmiş uğurlardan məmnunluq ifadə edilmişdir.

BMT Baş Assambleyasının prezidenti Vuk Yeremiç Azərbaycanın BMT TŞ-də rolunu yüksək qiymətləndirib və ölkəmizin bu istiqamətdə fəaliyyətini alqışladığını diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sülh prosesinin cari vəziyyəti haqqında məlumat verib və ölkəmizin bu məsələdə mövqeyini rəsmi qonağın diqqətinə çatdırıb. Nazir nizamlanma prosesində Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu qeyd edib və sülh prosesinin irəliləməsi üçün ilk öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə