Araz Əlizadə: “İsa Qəmbər yalnız nadanlığı ilə gündəmdə qalıb” MÜNASİBƏT
"Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli hər zaman aralarında hökm sürən didişmə ilə gündəmdə qalıblar". Bunu SİA-ya Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə Müsavat Partiyasının başqanı İsa Qəmbərin Binəqədi sakinlərilə keçirdiyi görüşdə "vahid namizəd olan şəxs Azərbaycanda olmalıdır" fikrinə münasibət bildirərkən deyib.
A.Əlizadənin sözlərinə görə, nadan insan həmişə özünə çox arxayın olur: "O, özü də başa düşmür ki, nə qədər nadanlıq edir. Sanki ondan ağıllı və güclü insan yoxdur. Belə düşünmək isə sadəcə nadanlara məxsusdur. Bu mənada İsa Qəmbər və Əli Kərimli nə birlik, nə də cütlük sayıla bilməzlər. Bu insanlar hər biri fərd olaraq, digərlərindən fərqlənməyə çalışırlar. Ümumiyyətlə, İctimai Palata, "Milli Şura", "El" hərəkatı və s. hər biri ambisiyalarının qurbanı olan insanlardır. Belə olan təqdirdə onlar heç bir zaman birləşə bilməyəcəklər. Əgər onlar birləşə bilsəydilər, elə vahid AXCP-nin tərkibində qalardırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB