Rusiya prezidenti Londona səfər edəcək

Rusiya prezidenti Londona səfər edəcək

Bu gün Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyaya işguzar səfər edəcək. SİA-nın məlumatına görə, Rusya prezidenti səfər zamanı Böyük Britaniyanın baş naziri Devid Kemeronla iki ölkə arasında əməkdaşlıq barədə danışıqlar aparacaq. Prezidentin köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, danışıqlar zamanı Rusiya və Böyük Britaniya arasında iqtisadi-ticarət əlaqələrinin bundan sonrakı inkişafı, investisiya əlaqələri, energetika sahəsində əlaqələrin daha da dərinləşməsi və diversifikasiyası, həmçinin beynəlxalq səviyyəli aktual məsələlərin müzakirəsi səfər proqramına daxil edilib. Suriya probleminin həlli ilə bağlı Rusiya və Böyük Britaniyanın mövqeləri üst-üstə düşdüyündən bu məsələyə də xüsusi yer ayrılacaq.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə