Oxucularla söhbət aparılacaq və sərgi təşkil olunacaq

Oxucularla söhbət aparılacaq və sərgi təşkil olunacaq

Suraxanı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə oxucularla söhbət aparılacaq və sərgi təşkil olunacaq. Bakı Şəhər Mədəniyyət və Turizm idarəsindən (BŞMTİ) SİA-ya verilən məlumata görə, bu əlamətdar gün münasibətilə iyunun 25-də Suraxanı rayon MKS-in mərkəzi kitabxanasında oxucularla "Məğrur-əzəmətli ordu" mövzusunda söhbət aparılacaq, 1 nömrəli filialında isə "Torpaq uğrunda ölən varsa, vətəndir" mövzusunda sərgi təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə