"Azərbaycan dəfələrlə işğal olunan ərazilərdə narkotik maddələrin yetişdirilməsini bəyan edib. Biz bunu Ermənistanın əleyhinə siyasi informativ maddəyə çevirmişdik. Lakin son hadisələr bir daha sübut edir ki, İran Ermənistanla tək siyasi-iqtisadi müttəfiq deyil, eləcə də narko ticarətdə tərəfdaşdırlar. Dağlıq Qarabağda yetişdirilən narkotik vasitələr şübhəsiz, təkcə gəlir əldə etmək üçün deyil". SİA-nın məlumatına görə, bunu millət vəkili Zahid Oruc Azərbaycanın işğal olunan ərazilərindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə digər ölkələrə daşınması və "ağ ölüm"ün yayılmasına qarşı dünya ictimaiyyətinin göz yummasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bütün silahlar Azərbaycanın əleyhinə yönəldilib: "Bu, müharibənin başqa miqyasda davamı deməkdir. İldə 40 tondan artıq narkotik maddənin Azərbaycana hədəf olaraq göndərilməsi dövlət siyasətidir. Hamı bilir ki, İranda narkotik maddələrə qarşı necə sərt cəzalar var. Lakin bu qədər insanlar haradan peyda olur? Ermənilər bu vasitə ilə bizi vurmuş oldu".
"Bizim bu məsələ ilə bağlı reaksiyalarımız təkcə siyasi münasibətlərdən, parlament etirazlarından ibarət olmalı deyil. Dünyada narkotik maddələr həm də terrorizmin maliyyələşməsinin əsası kimi götürülür. Buna görə də, Ermənistanın və Dağlıq Qarabağın hərbi rejimini müxtəlif sanksiyalara məruz qoymaq üçün hüquqi davalar açmalıyıq. Onları ən azından müxtəlif səfərlərdən məhrum edə bilərik",- deyə Zahid Oruc fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB