Xüsusi Müalicə Sağlamlıq Kompleksində (XMSK) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən kompleksin direktoru İxtiyar Sultanov 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın və ziyalıların təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb.
Vurğulayıb ki, rəhbərlik etdiyi kollektiv ulu öndərin siyasi xəttini uğurla davam etdirən İlham Əliyevi növbəti illərdə də Azərbaycanın prezidentlik kürsüsündə görmək istəyir.
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib, Ulu Öndərin həkimlərə həmişə qayğı ilə yanaşdığını xatırladıb. Bildirib ki, növbəti prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini təkcə partiya üzvləri deyil, vətəndaşlarımızın əksəriyyəti dəstəkləyir.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter alıb, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülüb.
Vurğulanıb ki, ulu öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.
Tədbirdə XMSK-nın YAP sıralarına qəbul olunmuş 45 işçisinə üzlük vəsiqələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB