Bu gün Milli Məclisin növbədənkənar iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə başlayan iclasın gündəliyinə 7 məsələ daxil edilib. Müzakirə ediləcək məsələlər aşağıdakılardır:
1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsi haqqında. (üçüncü oxunuş)
2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə. (üçüncü oxunuş)
6. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə. (İkinci oxunuş)
7. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə. (İkinci oxunuş)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB