"Dağlıq Qarabağ məsələsi barəsində beynəlxalq birliyin mövqeyi eynidir. Almaniya beynəlxalq birliyin qərarını dəstəkləyir". SİA-nın məlumatına görə, bunu XDİ/XSİ fraksiyasından Bundestaqın deputatı, Almaniya-İsrail Parlamentlərarası Dostluq Qrupunun üzvü Daniela Lüdviq bu sözləri Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində sualına cavab olaraq söyləyib.
D.Lüdviq vurğulayıb ki, işğal beynəlxalq qanunlara ziddir və münaqişənin sülh yolu ilə həll edilməsinə əngəl törədir. Ermənistan tərəfindən Xocalı aeroportunun açılması ilə əlaqədar müzakirələr də buraya aiddir. Xocalı aeroportu Azərbaycanın ərazisində yerləşir və onun açılması təşəbbüsü sülh prosesinə mənfi təsir göstərəcək: "Azərbaycanın ərazi bütövlüyü və məcburi köçkünlərin taleyi məsələləri ayrılmaz şəkildə bağlıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyincə məcburi köçkünlər öz torpaqlarına qayıda bilməyəcəklər.
Azərbaycanla Almaniyanı dostluq münasibətləri bağlayır, buna görə də Almaniya Azərbaycanda və bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasında xüsusilə maraqlıdır. Almaniya BMT-dəki tərəfdarları ilə birlikdə sülh prosesini dəstəkləməkdə davam edəcək. Bu məqsədlə Almaniya Avropa İttifaqı çərçivəsində öz nüfuzundan da istifadə edəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB