“Bu aksiyaya hər bir ağstafalı qoşula bilər”

YAP Ağstafa rayon təşkilatının sədri: “Biz hər birimiz dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirik”
“Bu aksiyaya hər bir ağstafalı qoşula bilər”

"Ümumiyyətlə, Ağstafa rayonu da daxil olmaqla Azərbaycanın hər bir regionda yüksək səviyyədə abadlıq, quruculuq işləri həyata keçirilir. Ölkəmiz günü-gündən gözəlləşir və inkişaf edir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov 15 İyun "Milli Qurtuluş Günü"nün 20 illiyinə həsr edilmiş "Qurtuluşdan İpək Yoluna" adlı ağacəkmə aksiyasında iştirakı zamanı deyib.

"Qurtuluşdan İpək Yoluna" adlı aksiyanın bütün ağstafalılar tərəfindən tam dəstəkləndiyini diqqətə çatdıran R.Tatarov bildirib ki, bu aksiyaya hər bir ağstafalı qoşula bilər: "Biz çox sevinirik ki, insanlarımız bu aksiyada canla-başla iştirak edirlər. Bu gün ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində həm Ağstafa rayonunda, həm də ölkəmizin digər bölgələrində tərəqqinin, inkişafın şahidi ola bilərik. Biz hər birimiz dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə