TürkPA-nın yeni baş katibi seçilib

Növbəti iclas gələn ilin iyununda Azərbaycanda keçiriləcək
TürkPA-nın yeni baş katibi seçilib

TürkPA-nın yeni baş katibi seçilib. SİA-nın məlumatına görə, bu barədə qurumun Ankarada keçirilən 4-cü plenar iclasında qərar qəbul olunub. Qəbul olunan qərara əsasən Jandos Asanov yeni baş katib təyin olunub.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin nümayəndələri ölkələr arasında əməkdaşlığın aktivləşdirilməsi, xalqlar arasında dialoqun genişləndirilməsi, Qırğızıstanın TürkPA-ya sədrliyinin nəticələri ətrafında fikir mübadiləsi aparıblar. İclasın yekununda TürkPA-nın Ankara Bəyannaməsi qəbul olunub. Qurumun növbəti iclası 2014-cü ilin iyununda Azərbaycanda keçiriləcək.

Qeyd edək ki, toplantıda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə