Azərbaycanın birinci xanımı Bakıdakı 23 nömrəli orta məktəbin binasında yenidənqurma işlərinin gedişi ilə tanış olub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 11-də paytaxtın Nəsimi rayonundakı Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli orta məktəbin binasında həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Mehriban xanım Əliyevaya məktəbin yenidənqurmadan əvvəlki və mövcud vəziyyəti ilə bağlı məlumat verildi.
Binanın layihəsi əsasında həyata keçirilən tədbirlərlə yaxından tanış olan birinci xanım Mehriban Əliyeva yenidənqurma işləri ilə bağlı tövsiyə və təkliflərini söylədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB