Məlumdur ki, Allahın insanlar üçün haram buyurduqlarından biri də donuz ətidir. Lakin adını müsəlman qoyub müsəlmançılıqdan kənar işlər görən, donuz əti yeyənlər də var. Belələrindən biri də Rüstəm İbrahimbəyovdur. Allahın haram buyurduğunu ağız dolusu tərifləməyin böyük günah olduğunu söyləyən ilahiyyatçılar mövzuya belə münasibət bildirdilər.
İlahiyyatçı Hacı Surxay Məmmədli: "Məlumdur ki, Allah insanlar üçün donuz ətini haram buyurub. Bunun haram buyurulması həm Qurani-Kərimdə, həm də Peyğəmbərimizin hədislərində açıq-aydın bizlərə göstərilib. Bunu nəzərə alaraq demək istəyirəm ki, əgər kimsə, xüsusilə də hansısa müsəlman Allahın haram buyurduqları haqqında xoşagələn, tərifləyici fikir bildirirsə həmin insan Allaha üsyan etmiş olur. Belə bir müsəlman Allaha üsyan etməklə böyük bir günah edir. Heç bir müsəlmanın ixtiyarı yoxdur ki, Allahın haram buyurduğu donuz ətini cəmiyyət içində tərifləsin, onu ləzzətli təam adlandırsın. Bu müsəlmana yaraşan hərəkət deyil. Belə edən insanlar bilməlidirlər ki, onlar böyük günah edirlər. Xüsusilə də cəmiyyət arasında tanınan və insanlar qarşısında çıxışlar edən hansısa şəxsin donuz ətinin ləzzətindən danışıb, bu əti sanki haram deyilmiş kimi tərifləmək, donuz ətinin kababının ləziz olmasını deməklə insanların qarşısında tərifləmək yaxşı hərəkət deyil. Belə hərəkət Allahında bəyənmədiyi hərəkətdir. Yaxşı olar ki, insanlar belə günah işlərdən çəkinsinlər. Çünki Allah hər bir şeyi hikməti ilə yaradıb və nəyin halal və ya haram olmasını Özü yaxşı bilir".
Din xadimi Hacı Şahin Həsənli: "Bəli, məlumdur ki, Allah-Təala Qurani-Kərimdə də buyurub və hədislərdən də bizə bəllidir ki, donuz əti haramdır. Donuz ətinin haram olmasının bir sıra səbəbləri var. Bu ətin yeyilməsinin insan orqanizminə ziyanları var. Müasir təbabətdə bunu sübut edir. Müasir tədqiqatların nəticəsi bunu da sübut edir ki, bəzi heyvanların ətinin yeyilməsi insanın xasiyyətinə də mənfi təsir edir. Məsələn donuzda olan bəzi xüsusiyyətlər insanda da yarana bilir. Bu onun orqanizminə ziyan etməklə bərabər gələcəkdə övladlarına da təsir edir. Allah bu ətin yeyilməsini qəti şəkildə haram bilir. Bu müsəlmanlara qadağandır. Sonda onu da qeyd edim ki, haram olan nəyisə tərifləmək günah sayılır".
İlahiyyatçı Hacı Fuad Nurulla: "Heç sübhəsiz ki, Allahın haram buyurduğu nəyisə tərifləyən, onun ləzizliyindən danışan insanın müsəlmançılıqdan danışması doğru deyil və həmin insanın psixi, əqli problemləri mövcuddur. Əlbəttə özünə müsəlman deyən insan Allahın haram buyurduğunu tərifləməz. Allah doğru bilir nəyi haram buyurur və nəyi haram edir. Donuz əti haqqında dinimizdə, tibb elmidə birmənalı şəkildə bəyan edir ki, bu ət haramdı, ziyandı və nəcisdir. Nəcis, mundar olan bir heyvanın ətini tərifləyən insan heç şübhəsiz ağıllı insan ola bilməz. Hər kəs bilir ki, donuz, it və digər bəzi heyvanların əti haram buyrulub. Allahın bu əmrinin əleyhinə olaraq haramları tərifləmək böyük günahlardandır və Allaha qarşı çıxmaqdır ki, bununda cəzası ağırdır".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB