Davudoğlundan Azərbaycana dəstək!

Davudoğlundan Azərbaycana dəstək!

"Azərbaycan və Türkiyə Fələstin probleminə böyük əhəmiyyət verir. Azərbaycanın beynəlxalq arenadakı uğurları Türkiyəni sevindirir. Bütün islam dünyasının əhəmiyyətli problemi - Fələstin probleminin müzakirə olunduğu konfransın Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malikdir". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən Fələstin dövlətinə yardım və Qüds şəhərinin inkişafına dəstək üzrə beynəlxalq donor konfransında çıxışı zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Türkiyə XİN rəhbəri bu işlərin gələcəkdə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində davam etdiriləcəyinə ümid etdiyini bildirib: "Səfər çərçivəsində həmçinin, Azərbaycan hökuməti ilə bizim gələcək əməkdaşlığımızın perspektivlərini də müzakirə etməyi planlaşdırıram".

Davudoğlu bir daha rəsmi Ankaranın mövqeyini təsdiqləyərək bildirib ki, o, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir: "İki ölkə Azərbaycanın işğal olunan ərazilərinin azad olunması məsələsində öz addımlarını razılaşdırır. Biz daima Azərbaycanla birlikdəyik və Azərbaycanın rifahı və onun nüfuzunun beynəlxalq səviyyədə artması bizi həmişə sevindirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə