Milli Məclisdə beynəlxalq konfrans keçirilir

Milli Məclisdə beynəlxalq konfrans keçirilir

Bu gün Milli Məclisdə "Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir" adlı beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfrans Avropa Şurası "Hər beş uşaqdan biri" kampaniyası çərçivəsində keçirilir.

Konfransın keçirilməsi ilə bağlı Avropa Şurası Parlament Assambleyası (AŞPA) Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin Xüsusi Alt Komitəsi də yaradılıb.

Konfransda Milli Məclisin vitse-spikeri Bahar Muradova, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası komitənin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, millət vəkillərindən Sevinc Fətəliyeva, Asəf Hacıyev, Musa Qasımlı və bir sıra QHT rəhbərləri iştirak ediblər. Bundan başqa tədbirə AŞPA - nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin sədr müavini Valeriu Qiletçi, AŞPA-nın məruzəçisi Silvia Eloisa Bone Pero, AŞPA üzvləri Stefan Şennak, Klemens Lammerskitten, Yunanıstan parlamentinin üzvü Maykl Katrinis, o cümlədən UNİCEF-in Bakı ofisinin rəhbəri Mark Herevard qatılıblar.

Qeyd edək ki, konfrans çərçivəsində təsis olunan Xüsusi Alt Komitənin iclası da keçiriləcək.

Samirə Abdulayeva

Bütün xəbərlər Facebook səhifəmizdə