Azərbaycanın xarici işlər naziri belaruslu həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri belaruslu həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunmuş və ölkə başçılarının müəyyən etdiyi xətt üzrə inkişaf etdiyi vurğulanıb.

Hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.

Həmçinin, iki ölkə arasında əməkdaşlıq sahələri və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə