İƏT-ə üzv dövlətlərin XİN başçılarının konfransı keçiriləcək

İƏT-ə üzv dövlətlərin XİN başçılarının konfransı keçiriləcək

Sabah Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Müqəddəs Qüds şəhərinə dəstək məqsədilə Qüds şəhərinin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı Donor və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfransları keçiriləcəkdir. Bu barədə SİA-ya XİN-in mətbuat xidmətindən məlumat verilib.

Konfranslarda bir sıra beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən İƏT, İSESCO, Körfəz Əməkdaşlıq Şurası, İnkişaf naminə İslam Həmrəyliyi Fondu, İslam İnkişaf Bankının təmsilçiləri iştirak edəcək. Həmçinin tədbirdə İƏT-ə üzv dövlətlərin təmsilçiləri: xarici işlər nazirləri, Xarici İşlər Nazirliklərinin rəsmiləri, Bakıdakı diplomatik nümayəndəliklərinin başçıları və əməkdaşları da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə