Musa Quliyev: “Rüstəm İbrahimbəyov şimaldakı qüvvələrin tapşırıqlarını yerinə yetirir”
"Müxalifətin radikal qanadının toplaşdığı Milli Şura Rüstəm İbrahimbəyovu prezident seçkilərində namizəd kimi irəli sürsə belə, bunun heç bir mənası olmayacaq". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, bu gün Yeni Azərbaycan Partiyasına bərabər yox, ona yaxın gələ biləcək alternativ siyasi qüvvə yoxdur: "Rüstəm İbrahimbəyov heç bir siyasi fəaliyyətlə məşğul olmayıb. Müəyyən kateqoriya istisna olunmaqla, xalq arasında tanınan biri deyil. Heç şübhəsiz ki, Rüstəm İbrahimbəyov və onun ətrafında toplaşanlar şimalda olan bəzi qüvvələrin tapşırıqlarını yerinə yetirirlər. Hər zaman olduğu kimi, bu dəfə də onlar uğursuzluğa düçar olacaqlar. Çünki YAP öz monolit sıralarını ildən-ilə genişləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB