Prezident İlham Əliyev sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının iyunun 7-də Bakının "Buta" sarayında keçirilən V qurultayında hakim siyasi qüvvənin ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında müstəsna rol oynadığını vurğulayıb.
SİA-nın məlumatına görə, YAP-ın hakimiyyətdə olduğu 20 il ərzində ölkənin keçdiyi inkişaf yolundan danışan İlham Əliyev çox böyük nailiyyətlər əldə olunduğunu deyib və bildirib ki, buna görə də siyasi səhnədə YAP-ın ciddi rəqibi yoxdur.
Çıxışında dövlət başçısı Azərbaycan Respublikasının müstəqil siyasət yürütdüyünü, heç bir dövlətdən asılı olmadığını söyləyib və qeyd edib ki, Azərbaycanın bütün siyasi qüvvələri ölkənin müstəqilliyi və suverenliyi prinsipinə sadiq olmalıdır.
Qarabağ münaqişəsinə toxunan prezident İlham Əliyev Azərbaycanın öz torpaqlarının işğalı ilə heç zaman barışmayacağını, Dağlıq Qarabağın da heç vaxt müstəqil olmayacağını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB