Metyu Brayza: "Aİ və ABŞ Dağlıq Qarabağ məsələsinin həllində səhvə yol veriblər"
"2009-cu ildə Avropa İttifaqı (Aİ) və ABŞ Ermənistanla Türkiyə arasındakı yaxınlaşma prosesini Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən ayırmaqla böyük səhvə yol verdilər". SİA-nın xəbərinə görə, Bakıda Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə "AB-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya" mövzusunda keçirilən konfransda çıxışında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza belə deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətləri Ermənistan-Türkiyə əlaqələrinin müsbət istiqamətdə inkişafı ilə sıx bağlıdır: "Bu məsələləri bir-birindən ayırmaq həddindən artıq yanlışdır. Rəsmi İrəvan dərk etməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanın Türkiyə ilə yaxınlaşmasına gətirib çıxaracaq. Anlamaq lazımdır ki, tərəflərdən biri məsələnin həllində addım atsa, digər tərəf də bu istiqamətə yönələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB