Sabah Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Gənclər və İdman Nazirliyi ilə birgə "OPEK ölkələrinin dünya iqtisadiyyatı və siyasətində rolu" mövzusunda elmi konfrans keçirəcək.
ATGTİ-dən SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində millət vəkili, akademik Ziyad Səmədzadə, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Geostrateji Araşdırmalar Mərkəzinin direktoru Elman Nəsirli, AMEA İqtisadiyyat İnstitutunun elmi katibi Kamran Abdullayev və ATGTİ-nin "Elm və Təhsil Departamenti"nin əməkdaşları məruzələrlə çıxış edəcəklər.
Qeyd edək ki, konfransda qonaq qismində bir çox dövlət rəsmiləri və gənclər sektorunun nümayəndələri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB