Məmməd Əliyev - Xalqımız və dövlətçiliyimiz üçün 10 il: Milli intibahın şərəfli mərhələsi

Məmməd Əliyev - Xalqımız və dövlətçiliyimiz üçün 10 il: Milli intibahın şərəfli mərhələsi

Dahi rəhbərimiz Heydər Əliyev xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafını təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. Bu siyasi məktəbin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi irsinin layiqli təmsilçisi cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 10 il ərzində milli intibahın növbəti şərəfli mərhələsini yaşayır.

Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində həll etməli olduğu vəzifələrə: Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artırılacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi. İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövründə sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər.

2008-ci ildə xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində ikinci dəfə prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi.

Son 10 ildə Ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, siyasi, iqtisadi və mədəni sahələrdə çox böyük uğurlara imza atmışdır. Faktların və arqumentlərin dili ilə desək, bu illər ərzində ölkə iqtisadiyyatı 300%, sənaye istehsalı da 300% artmışdır. Həmin müddətdə 1 milyondan artıq iş yeri açılmışdır. İşsizliyin səviyyəsi təqribən 5,3%-ə bərabərdir. Müqayisə üçün qeyd edək ki, bir sıra inkişaf etmiş dövlətlərdə bu göstərici 15-20% səviyyəsindədir. Yoxsulluq 5 dəfə -500% azalmışdır və hal-hazırda 7,6 % təşkil edir [1]. Büdcə xərcləri təxminən 20 dəfə artmışdır. Ölkəmizin strateji valyuta ehtiyatları 43 milyard dolları ötmüşdür. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 32 milyard dollara bərabərdir. Xarici borcumuz ümumi daxili məhsulun təxminən 7%-ni təşkil edir ki, bu da olduqca yaxşı göstəricidir. Təkcə 2011-ci ildə ölkə iqtisadiyyatına 21 milyard dollardan artıq investisiya qoyulmuşdur ki, bunun da təxminən 30%-i xarici sərmayələrdir [2].

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Belə Dövlət Proqramlarından "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" (2003-2005-ci illər), "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008-ci illər), "Azərbaycan Respublikasının məşğulluq strategiyası" (2006-2015-ci illər), "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı" (2007-2011-ci illər", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı", "Bakı və Bakı ətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2011-2013-cü illər), "Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" və s. qeyd etmək olar. Ümumən, Azərbaycanda belə məqsədyönlü proqramların sayı təqribən 50-yə yaxındır [3].

Aparılan düzgün siyasətin nəticəsində Azərbaycan hansısa beynəlxalq maliyyə institutlarından və ya siyasi mərkəzlərindən asılı olmayan regional lider dövlət səviyyəsinə yüksəlmişdir. Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizini və demoqrafiyasının 65 faizini təmsil edən modernləşdirilmiş Azərbaycan tədricən Avropa geoiqtisadiyyatının və regional geosiyasətin intellektual və informasiya mərkəzinə, onun mühüm tərkib hissəsinə transformasiya olunur [4]. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycanın mövqeyi yüksək olaraq qalmaqdadır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatı öz rəqabət qabiliyyətinə görə dünyada 55-ci, MDB məkanında isə birinci ölkə olaraq təqdim olunmuşdur. Ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hazırlığına görə də MDB məkanında birinci yerdədir. BMT-nin hesabatında insan inkişafı indeksinə görə də ən böyük sıçrayışı məhz Azərbaycan etmişdir. Azərbaycan rəhbərliyi ölkəni 2021-ci ilə - müstəqilliyin bərpa edilməsinin 30-cu ildönümünə qədər vətəndaşların yaşayışı üçün daha firavan məkana çevirməyi qarşısına məqsəd qoymuşdur: Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, "ölkəmizin daha yaxşı olması, insanların daha yaxşı yaşaması, Azərbaycanın şöhrətinin artması" üçün ediləcəkdir [4].

Ölkəmizin qeyd olunan iqtisadi uğurlarının əldə edilməsində, heç şübhəsiz, düzgün enerji siyasətinin aparılması müstəsna rola malikdir.

Bu gün ölkənin təsdiq edilmiş enerji ehtiyatları 1,5-2 mlrd. tondan artıq neft və 2,6 trln. kubmetr qazdan ibarətdir. Hasil edilmiş neft və qaz məhsulları 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri), 4-ü isə qaz (Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri) kəməridir. Bunların içərisində 2006-cı ilin mayında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və həmin ilin sentyabrında Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru xəttinin istifadəyə verilməsi həm regional, həm də Avro-panın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. BTC sutkada 1 mln. barrel, ildə 50 mln. ton neftin ixracmı həyata keçirir. BTƏ boru kəməri ilə isə ildə 25 mlrd. kubmetr qaz ixrac edilir. Təkcə "Şahdəniz" yatağında 1,2 trln. kubmetr qaz proqnozlaşdırılır. Təxminən, "Ümid" yatağında 200 milyard kubmetr, "Babək" yatağında 400 milyard kubmetr, "Abşeron" blokunda aşkar edilmiş yeni böyük qaz yatağında isə 350 milyard kubmetrə bərabər qaz ehtiyatı vardır. Hazırda neft-qaz sektoruna qoyulan investisiyalar 50 milyard dollar səviyyəsindədir. Bütövlükdə, 1995-ci ildən ölkə iqtisadiyyatına 120 milyard dollar investisiya qoyulmuşdur. Bu reallıqlar fonunda Azərbaycan dövləti qarşısında həm yeni qaz bazarlarına çıxış yolları axtarmaq, həm də ənənəvi istiqamətlər üzrə ixracı artıraraq vəzifəsi durur. Elə bu dinamik siyasətin nəticəsidir ki, 2011-ci ilin yanvar ayında Azərbaycan ilə Avropa İttifaqı arasında "Cənub" nəqliyyat dəhlizi haqqında bəyannamə imzalanmışdır. Qeyd edilən istiqamətdə növbəti mühüm addım olaraq 2011-ci il oktyabrın 25-də İzmirdə ARDNŞ, BP-Azərbaycan və Türkiyənin "BOTAŞ" şirkəti "Şahdəniz" yatağının ikinci mərhələsində hasil olunan qazın Avropa bazarlarına çıxışmı təmin edəcək sazişlər paketi imzalamışdır. Paketə 25 sənəd, о cümlədən "Şahdəniz-2" mərhələsindən sonra Azərbaycan qazının Türkiyə üçün qiyməti, 2017-ci ildən sonra bu yataqdan Türkiyəyə qaz tədarükünün həcmi, Türkiyə ərazisindən nəql olunacaq Azərbaycan qazının tranzit sazişi və digər razılaşmalar daxildir [5]. Bununla da uzun illərdir Avropanın enerji siyasətində ciddi müzakirə olunan Azərbaycan qazının dünya bazarlarına çıxışı istiqamətində olduqca əhəmiyyətli addım atılmışdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi "yeni neft diplomatiyası"nın möhtəşəm nailiyyətlərinin yuxandakı təqdimatı sübut edir ki, Azərbaycan bütün sferalarda, xüsusilə də enerji sahəsində regionun həlledici aktoruna çevrilmişdir.

Azərbaycanın Avropa ölkələri ilə inkişaf edən enerji siyasəti digər dövlətlərə qarşı yönəlməmişdir. Ölkəmiz bu istiqamətdə Rusiya və İranla da əməkdaşlıq kursunu həyata keçirir. Bu siyasət respublikamızın enerji nəqlində prioritet verdiyi diversifıkasiya (şaxələndirmə) xəttindən qaynaqlanır.

Məlum olduğu kimi, Azərbaycan 2001-2006-cı illərdə Rusiyadan qaz idxal etmişdir. Əvvəlcə 1 mlrd. kubmetr səviyyəsində olan idxal, sonradan 4,5 mlrd kubmetrədək çatmışdır. Əməkdaşlığın ilkin mərhələsində qazın 1000 kubmetrini Azərbaycana 48 dollara satan Rusiya, sonradan qiyməti 110 dollara qaldırmış, lakin həmin qiymət 2006-cı ildə 235 dollara çatdırıldıqda Azərbaycan Rusiya qazının idxalından imtina etməli olmuşdur [6].

2009-cu il oktyabrın 14-də isə ARDNŞ 2010-cu il yanvarın 1-dən etibarən ilkin olaraq Rusiyanı illik 500 mln. kubmetr həcmində qazla təchiz etmək haqqında "Qazprom"la saziş imzalamışdır. Bu razılaşma 2009-cu il iyunun 29-da Prezidentlər İlham Əliyev və Dmitri Medvedevin iştirakı ilə Bakıda hər iki ölkənin müvafiq şirkət rəhbərinin qaz ticarətinə dair imzaladığı Sazişin əsas prinsiplərinin məntiqi davamı idi. Sonra bu rəqəm 1 mlrd. kubmetrə çatmış, 2010-cu ilin 2-3 sentyabr tarixində Prezident D.Medvedevin Bakıya səfəri zamanı Rusiyaya satılan qazın həcminin 201 1-ci ildən 2 mlrd.kubmetrə çatdırılması haqqında müqavilə imzalanmışdır. Sonrakı illərdə satışın həcminin artırılması haqqında da razılıq əldə edilmişdir [6].

Heç şübhəsiz, dövlət idarəçiliyi və onun müxtəlif istiqamətləri üzrə əldə edilən bu uğurlar Ermənistanın ölkəmizə qarşı xarici havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti olmasaydı, daha böyük miqyas ala bilərdi. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi vardır və bu mövqe həm tarixi həqiqətə, həm də beynəlxalq hüquq normalarına əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti olmayıb və heç zaman da olmayacaqdır. Danışıqlar prosesində konkret nəticə olmasa da, son aylar ərzində beynəlxalq vasitəçilərin münaqişə ətrafında formalaşmış statuskvonun dəyişdirilməsinin vacibliyi ilə bağlı davamlı bəyanatlar səsləndirməsi təqdirəlayiq haldır. Münaqişə dondurulmuş münaqişə deyil və statuskvonun dəyişdirilməsi ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edir və münaqişənin həlli yolu yalnız bundan keçir. Cənab Prezidentin təbirincə desək, iqtisadi artım, iqtisadi potensial, demoqrafik durum və əlbəttə, hərbi güc münaqişənin tezliklə həll olunması üçün öz rolunu oynayır və oynayacaqdır [7].

Beləliklə, bu gün güclü iqtisadiyyata, siyasi sabitliyə və demokratik inkişaf xəttinə malik olan dövlətimiz, Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Respublikasının 2011-ci il oktyabr ayının 24-də BMT TŞ-na 201.2-2013-cü illər üzrə qeyri-daimi üzv seçilməsi bu həqiqəti bir daha təsdiqləmişdir. 155 ölkənin Azərbaycanın lehinə səs verməsi, əslində dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin ifadəsidir, respublikamızın həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir. Bu tarixi uğur, banisi ümummilli lider Heydər Əliyevin olduğu və Prezident İlham Əliyev tərəfindən novatorcasına və dinamik şəkildə davam etdirilən daxili və xarici siyasət kursunun təntənəsidir.

ƏDƏBİYYAT:

l. Ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə İlham Əliyevin nitqi. /http://www.president.az/articles/4907/pnnt

2. Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılış mərasimində İlham Əliyevin nitqi. /http://www.president.az/articles/4612/print

3. Abdullayev Ə., Nəsirov E. Heydər Əliyev fenomeni və Azərbaycanın milli intibahı. "Xalq qəzeti", №100, 11 may 2011

4. Mehdiyev R. XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində // "Respublika" qəzeti, 29 iyun 2012.

5. Şaban İ. Azərbaycan və Türkiyəni bir-birinə bağlayan enerji // "EcoVision", 2012, №10, s.64-67

6. Abdullayev Ə., Nəsirov E. Azərbaycanın müstəqilliyinin 20 ili: uğurlar, problemlər, perspektivlər. "Xalq qəzeti", 4 oktyabr 2011

7. Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi. http://www.president.az/arlicles/3397

Açar sözlər: Azərbaycan, siyasi varis, milli intibah, enerji siyasəti, beynəlxalq əməkdaşlıq

Ключевые слова: Азербайджан, политический наследник, национальное возрождение, энергетическая политика, международное сотрудничество.

Key words: Azerbaijan, political successor, national revival, energy? policy, international cooperation

Мамед Алиев. Советник юстиции

Успешные 10 лет для нашего народа и государственности: славный этап национального возрождения

РЕЗЮМЕ

В статье исследуются большие успехи Президента Ильхама Алиева, политического наследника общенационального лидера Гейдара Алиева в области внутренней и внешней политики.

Автор анализирует вопросы, связанные с вкладом Азербайджана в Европейскую энергетическую безопасность, и обосновывает серьезные успехи Азербайджана на международной арене под руководством Президента Ильхама Алиева.

Mamed Aliyev. Counselor of Justice

Nine Successful Years for the Nation and Statehood: the Glorious Stage of National Revival

SUMMARY

The article is focused on the great achievements of President Ilham Aliyev, the political suc¬cessor of the national leader Heydar Aliyev, in the area of domestic and foreign policy.

The author analyses the issues connected with the contribution of Azerbaijan to the European energy security and defines the basis of Azerbaijan's serious advance under the leadership of President Ilham Aliyev in the international arena. 2013.

Rusiya Federasiyası Moskva şəhəri, Dövlət Universitetinin Hüquqşunaslıq

fakultəsinin IV kurs tələbəsi, Rusiya Azərbaycanlı Gənclər

təşkilatının (AMOR) və AİDE-nin üzvü Heydər Məmməd oğlu Əliyev

Bakı şəhər prokurorluğunun şöbə prokuroru ədliyyə müşaviri,

Azərbaycan Ədəbiyyat Fondunun Şərəf mükafatçısı,

Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Əliyev

Haşiyə: Əliyev Məmməd Ağalar oğlu 29 iyun 1964-cü ildə zəhmətkeş ailəsində anadan olmuşdur. 1981-ci ildə kənd orta məktəbi bitirmişdir. 1982-1984-cü illərdə SSRİ-i Daxili Qoşun Hissələrində hərbi xidmət keçmişdir. 22.02.1984-cü il tarixdən 11.10.1984-cü il tarixədək 250 dəfə qüsursuz hərbi silahlı döyüş tapşırığı yerinə yetirdiyinə görə SSRİ Daxili Qoşun Komandanlığı tərəfindən iki dəfə fəxri fərmanla təltif olunmuşdur. 1984-cü ildə ordu sıralarında Sovet İttifaqı Kommunist Partiyasının sıralarına namizədliyə qəbul olunmuş, 1986-cı ilin sentyabr ayında tələbə olarkən Bakı Şəhəri sabiq Oktyabr rayon Partiya komıtəsinin bürosunda partiya sıralarına qəbul olunub (No 22799758) saylı partiya bileti almışdır.

1990-cı ilin məlum yanvar hadisələrində Sovet ordusu tərəfindən xalqımıza qarşı törədilmiş amansız qətliyamlara etiraz olaraq rəsmi müraciəti əsasında partiya sralarından imtina etmişdir...

Azərbaycan Respublikasında (1985-1990-cı illər) mühəndis, Rusiya Federasiyasında (1993-1999-cu illər) hüquqşünas olaraq iki ali təhsil almışdır. Əmək fəaliyyətinə Dövlət Neft Şirkətində başlamışdır. Uzun müddət müxtəlif idarəetmə orqanlarında, 14.11.2000-ci ilə kimi ARDNŞ-də 10 dərəcə ali hüquqşünas vəzifəsində işləmişdir. Həmin tarixdə 36 yaşında möhtərəm Prezidentimiz cənab ilham Əliyevin 24.10.2000-ci il tarixli No İ.Ə-34 saylı "Zəmanət məktubu" əsasında ARDNŞ-nin 10-cu dərəcəli hüquqşünas vəzifəsindən müstəsna halda birbaşa Baş Prokurorluğun mərkəzi aparatında şöbə prokuroru vəzifəsinə təyin edilmişdir. Ədliyyə müşaviridir.

.Məmməd Əliyev dövlətimizin ən ali mükafatı olan Heydər Əliyev ordenli xalq yazıçısı Anarın sədrlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Konstitusiya Günü münasibətilə Azərbaycan Ədəbiyyat Fondunun "Şərəf mükafatçısıdır. Namizədlik dissertasiyasını bitirmişdir.Dövrü mətbuatda çap olunan bir çox elmi məqallərin müəllifidir. Ailəlidir, üç oğul atasıdır.

Məmməd Əliyev ulu Öndərimiz Heydər Əliyevə sonsuz sədaqətini göstərərək, hələ ümummilli lider ikinci dəfə siyasi hakimiyyətə qayıtmazdan öncə - onun hələ Naxçıvan Muxtar Respublikasında olduğu 24.02.1993-cü il tarixdə, yeni doğulan övladına Heydər adını verməklə, dövlətimizə etdiyi xidmətlərin ən müqəddəsini yerinə yetirdiyi qənaətindədir.

O dövrdə Heydər Əliyevin sevdiyi dərgi olan "Səs" qəzetinin 12 may 1993-cü il tarixli 24 (107) sayında böyük cəsarət göstərərək ulu öndərin 70 illik yubileyi ilə bağlı "Hər iki Heydər yüz yaşasın" adlı məqalə ilə çıxış etmişdir.

Oğlu Cavanşir Əliyev BDU-nun hüquq fakültəsinin IV kurs rus bölməsinin bitirmişdir.O, Moskva şəhərı MQİMO-da mağistr dərəcəsi almaq üçün təhsilini davam etdirir.

Digər oğlu Ağalar Əliyev Rus təmayüllü litçeyin X sinfində təhsil alır.

10 may 2013cu ildə Mıniatür kitab muzeyinin qurucusu və rəhbəri Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın təqdimatı əsasında ulu Öndərimiz Heydər Əliyevin 90 illik yubileyi münasibət ilə Məmməd Əliyev üzərində Heydər Əliyevin əksi həkk olunmuş qızıl nişanə ılə mükafatlandırılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə