Britaniya Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

Britaniya Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

Böyük Britaniya Azərbaycanla uzunmüddətli əməkdaşlıq etməyi düşünür.

SİA-nın məlumatına görə, bu barədə Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarlz Hendri bildirib: "Bilirsiniz ki, Britaniya Azərbaycanda ən böyük xarici investorlardan biridir və biz əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə ümid edirik".

O, qeyd edib ki, bu il Britaniya hökuməti üçün çox vacib ildir, çunki bu il Azərbaycanda boru xətti ilə əlaqədar həlledici qərar qəbul ediləcək. Bu qərar Avropanın enerji təhlükəsizliyi üçün çox əhəmiyyətlidir.

Ç.Hendri bildirib ki, iki ölkə arasında mövcud əlaqələr bundan sonra da genişləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə