Bu gün "Milli Şura", "El" və ya digər qurum və hərəkatlarda birləşmək istəyən dağıdıcı müxalifət nümayəndələri əslində bu adlardan istifadə edərək qeyri-qanuni yollarla hakimiyyətə gəlmək və 4 iyun hadisələrini yeni formatda həyata keçirmək istəyirlər.
Söhbət etdiyimiz müsahiblərimiz də "Milli Şura" adlanan ideyanın xarici qüvvələrin layihəsi olduğunu və ölkədə qarşıdurmalar yaratmağa hesablandığını, lakin məkirli niyyətlərini reallaşdıra bilməyəcəklərini söylədirlər. Buna əsas kimi xalq hakimiyyət birliyinin möhkəm əsaslar üzərində qurulması ilə əlaqələndirdlər.
Aydın Mirzəzadə, millət vəkili:
- 4 iyun hadisələrindən çoxda uzun müddət keçməyib. Həmin dövrün şahidləri bu gün bizlərin arasındadır və biz də onlardan biriyik. Həmin hadisələr AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyətinin nəticəsi idi. Xalqdan dəstək almayan, zorakılıqla hakimiyyətə gələn və səriştəsiz fəaliyyətləri ilə ölkəni uçuruma aparan hakimiyyətə artıq cəmiyyət tərəfindən çox böyük etiraz dalğası qalxmışdı. 4 iyunda Əbülfəz Elçibəydən sonra öz içində bir neçə qrup hakimiyyət davası aparmağa başlamışdı. Əslində bütün bunların arxasında cəmiyyətin AXC-dən böyük narazılığı dururdu. O vaxt ki, hakimiyyət üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Qarabağ məsələsində heç bir irəliləyiş olmadı, əksinə bir neçə rayon da itirildi. Beynəlxalq aləmdə uğursuzluqlar baş alıb gedir və Azərbaycan təklənirdi. Həmçinin əhalinin sosial vəziyyəti də pisləşirdi. 4 iyun AXC-Müsavat hakimiyyətinin iflası idi.
Politologiyada müxalifət hakimiyyətə əks olan qüvvələrə deyilir. Lakin Azərbaycanda təəssüf ki, müxalifət dövlətə, dövlətçiliyə, xalqa, milli maraqlarımıza əks mövqedə dayanır. Bu baxımdan onların heç bir uğurundan danışmaq olmaz. 20 il bundan əvvəl Azərbaycan vətəndaş müharibəsi təhlükəsini yaradan insanlar bu gün yenidən hakimiyyətə gəlməyə çalışır. Aydın məsələdir ki, həmin dövrün fəlakətlərini yeni bir libasda cəmiyyətə təqdim etməyə çalışırlar. Seçkilərdə heç bir uğur qazanmayan insanlar müəyyən vaxtlarda hansısa şuralara, qurumlar yaratmağa cəhd göstərirlər və cəmiyyəti yenidən aldatmağa çalışırlar. Yaratdıqları qurumların təsisçiləri də eyni adamlar olduğuna görə uğursuzluq olur. Məsələn son günlərdə müxalifətin sevimli mövzularından biri "Milli Şura" deyilən bir qurumdur. Güya onlar bütün müxalifəti həmin qurumda birləşdirmək istiyirdilər. Lakin müəyyən dövrlərdə yaratmış olduqları qurumlar kimi bu qurumundan uğursuzluqları artıq özünü göstərdi. Həmin şuraya daxil olan partiyaların hər biri bu "Milli Şura"dan öz məqsədlərinə görə istifadə etməyə çalışır və nəticədə isə onların aralarında qarşıdurmalar yaranır. Bu isə uğursuzluqlarla nəticələnir. Bu gün cəmiyyətimizi, xalqımızı qəti şəkildə "Milli Şura" deyilən bir qurum maraqlandırmır. Cəmiyyəti qarşıdan gələn prezident seçkiləri maraqlandırır. Heç kəsdə şübhə yoxdur ki, prezident seçkiləri tam demokratik şəkildə keçiriləcək. Artıq prezident seçkilərində xalqımız dəstəkləyəcəyi namizəd açlq-aydın məlumdur. Bu Cənab Prezident İlham Əliyevdir. Mətbuatdan da məlumdur ki, cəmiyyətin bütün təbəqələri Cənab Prezident İlham Əliyevi tam dəstəkləyir. Müxalifətin isə göstərməyə çalışdıqları siyasi şoular sadəcə, özlərini reklam etmək məqsədi daşıyır. Xalqın maraqlarını öz fəaliyyətində əks etdirməyən, xalqa söykənməyən qüvvələr heç vaxt hakimiyyətə gələ bilməz.
Müxalifət vaxtaşırı özünü kiməsə oxşatmağa çalışır. Lakin bununla belə qarşılarında tutduqları portretlərin arxasından özlərinin üzləri görsənir. Azərbaycan cəmiyyəti onlar elə İsa Qəmbər, Əli Kərmli, Eldar Namazov, Rüstəm İbrahimbəyov kimi tanıyır. Onlara başqa obraz vermək lazım deyil. Azərbaycan xalqı onların Azərbaycana münasibətini, Azərbaycanın inkişafına olan münasibətini yaxşı bilir. Hesab edirəm ki, başqalarının adları, portretləri arxasında gizlənmək zəif siyasətçilərin işidir. Onlar belə işlərlə hansısa nüfuz qazanmaq istəsələr də bu, əbəsdir. Cəmiyyət belə insanları çox yaxşı tanıryır və bilir ki, onlar necə insanlardır. Onlar qarşıdan gələn prezident seçkilərində hansısa təşkilatlar yaratmaqla, özlərini kiməsə bənzətməklə heç bir uğur qazanası deyillər. Onların qüsurları, liderlik qabiliyyətinə xas olmadıqları onsuz da göz önündədir. Onu da qeyd edim ki, xarici ölkələrin siyasətində kimlərsə özünü başqalarına oxşadanda bu çox gülünc qarşılanır. Hesab edirəm ki, Azərbaycanda da bu belədir.
Hikmət Babaoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru:
- 4 iyun hadisələri dövründə hakimiyyət böhranı baş verirdi və həyata keçirilən siyasət siyasət deyildi. Sadəcə müəyyən qrupların öz maraqları həyata keçirmək üçün xaotik fəaliyyəti idi. O dövr də hakimiyyətə olan AXC-Müsavat cütlüyü xalqa söykənən hakimiyyət deyildi. Onların heç bir siyasi nüfuzu yox idi. Xalq bu insanları və onların yürütdükləri siyasəti dəstəkləmirdi. Belə olan halda artıq onların hakimiyyətinin iflası reallığa çevrildi. Ölkədə vətəndaş müharibəsi kimi böyük təhlükənin əsasını o dövrkü hakimiyyət qoymuşdu. Bu dövr Azərbaycan tarixinin çox uzaq keçmişi deyil, lakin çox qaranlıq və ləkəli tarixi idi.
Son dövrlərdə isə müxalifət düşərgəsində baş verənləri mən xaotik hərəkətlər adlandırardım. Müxalifət düşərgəsi keçmiş uğursuzluqlar qazanan birliklər, qurumlar yaratdıqları kimi, bu gün də "Milli Şura" adlı qurum yaradıblar. Bu qurumun artıq yaranandan etibarən uğursuzluqları göz önündədir. Bunlar başlayıblar yenə də effektiv olmayan müxalif vahidlər istehsal etməyə. Əlbətdə ki, bu heç bir işə yaramayacaq. Nə "El" hərəkatı, nə "Milli Şura", nə də digər qurumların, hərəkatların şuraları heç nəyə yarayan deyil. Onlar ölkənin siyasi gündəliyini dəyişmək istəyirlər, buna cəhd edirlər. Lakin heç nəyə nail olmurlar və ola da bilməzlər. Çünki xalq tərəfindən onların dəstəyi yoxdur. İnsanlar belələrinə inanmırlar. Vətəndaşlar görürlər ki, müstəqilliyimizi əldə etmişik, azadlığımız var, sosial-iqtisadi inkişaf günü-gündən sürətlə irəliləyir, ölkədə hər şey öz qaydasındadır və belə olduğu halda xalq hakimiyyəti dəstəkləyir. Həmçinin ölkəmizdə tam demokratik şərait mövcuddur.
Həmçinin qeyd edim ki, zəkası az inkişaf etmiş insanların özlərini kiməsə bənzətməsinin, başqalarının işlərini təkrar etməsinin hər zaman şahidi olmuşuq. Potsovet məkanında qızılgül inqilabı baş verəndə dərhal müxalifət əlinə qızılgül alıb meydana çıxdı. Qərənfil inqilabı baş verəndə dərhal qərənfillə çıxdılar. Rəngli inqilablar erasında rənglərə büründülər. Bu əslində onların siyasi zəkasızlıqlarının göstəricisi idi. Bu insanlanlar baş verən hadisələri təkrarlayıb nəyəsə nail olmaq istəyirlərsə, mən hesab edirəm ki, bu onların savadsızlıqlarının göstəricisidir. Təkrarçılıqla, kimlərəsə özlərini bənzətməklə heç nəyə nail ola bilməzlər. Hər ölkənin özünəməxsus siyasi mədəniyyəti var. Bu tarix boyu formalaşır. Siyasi mədəniyyət mənəvi mədəniyyətin tərkib hissəsidir. Bənzətmələr heç bir halda nəyəsə nail olunmasına şərait yarada bilməz. Bənzətmələr bu insanları gülünc vəziyyətə salır.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB