Rauf Zeyni: "Almaniyada etiraz aksiyalarında iştirak edən insanlara qarşı qeyri-insanı davranışların göstərilməsi yolverilməzdir"
Ötən həftə Almaniyanın Frankfurt şəhərində narazı kütlələr iqtisadi və sosial problemlərin artmasına, insan hüquq və azadlıqlarının pozulmasına etiraz əlaməti olaraq keçirdiyikləri aksiyayanın sadə polislər tərəfindən deyil, xüsusi təyinatlı silahlı dəstələr tərəfindən dağıdılıb və yüzlərlə insan - qadın və gənclər həbs olunub. Bu mövzu ilə bağlı söhbət etdiyimiz müsahiblərimiz Almaniyada keçirilən dinc aksiyaların zorakılıq yolu ilə dağıdılmasını bu ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində vəziyyətin son dərəcə ağır olduğundan xəbər verildiyini söylədilər.
Millət vəkili Aydın Mirzəzadə:
- Son vaxtlar Almaniyada kütləvi aksiyalarda iştirak edən sadə vətəndaşlara qarşı polis tərəfindən zorakılıqların sayı artıb. Yəni, insanlara qarşı heç bir insanlığa sığmayan güc göstərilir. Almaniyada kütləvi aksiyalarda iştirak edən insanlar polislər tərəfindən döyülür. Belə olan halda da həmin insanların hüquqları pozulur. Bir sözlə, dünyada demokratik ölkə kimi tanınan Almaniya bu gün adi insan haqlarına qarşı bu cür sayqısız yanaşır. Vaxtaşırı Azərbaycanda insan haqlarının pozulması ilə bağlı böyük hesabatlar dərc edən Almaniya mətbuatı nədənsə bu barədə öz ölkəsində baş verən hadisələrlə bağlı nəyinki geniş analtik yazılar, hətta informasiya vermir. Bizə demokratiya dərsi keçən qüvvələr ilk növbədə özlərinin demokratik imicinin yaxşılaşdırılması üçün müəyyən fəaliyyət göstərsələr yaxşı olar.
Vətəndaş hər yerdə vətəndaşdır. Yəni, bir insan dünyaya göz açdığı vaxtan vətəndaş olaraq müəyyən hüquqlara malik olur. Almaniyanın bu məsələdə böyük təcrübbəsi və digər ölkələrə örnək olacaq reallığı var. Ancaq Almaniyanın son dövrlərdəki insanların fəallığına qarşı zorakılıq hallarına yol verməsi yolverilməzdir.
Demokratik prinsiplər bütün ölkələrə eyni dərəcədə şamil olunur və demokratiya meyyarı ancaq yeni müstəqillik qazanmış dövlətlərin üzərində ölçülməməlidir.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni:
- Almaniyada vətəndaşlarının sosial problemlərinin artması və iş yerlərinin azaldılması və s. kimi məsələlərin mövcud olması insanları hökümətin apardığı siyasətə qarşı etiraz etməyə vadar edib. Almaniyada cərəyan edən sosial-iqtisadi poblemlərə etiraz əlaməti olaraq keçirilən aksiyalarda iştirakşılara qarşı hər hansı təzyiqlərin göstərilməsi insan hüquqlarının pozulması deməkdir. Çünki sözügedən ölkədə etiraz aksiyalarında iştirak edən insanlara qarşı qeyri-insanı davranışların göstərilməsi yolverilməzdir. Çünki bütün ölkələr beynəlxalq konversiyalara imza atıblar. Yəni, insan hüquqlarına və həmin ölkədə yaşayan xarici vətəndaşların da hüquqlarına hörmətlə yanaşmalıdır.
Demokratik dəyərləri dünyada yaymağa çalışan və özünü demokratik dəyərlərin əsas aparıcı ölkəsi kimi təqdim edən Almaniya daha diqqətli olmalıdır. Bir sözlə, bu proseslərdə insanların hüquqlarını tapdanmamalıdır.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB