Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Suriyadakı vəziyyəti müzakirə ediblər. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, telefon danışığı zamanı iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri Suriya ilə bağlı keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransa dair fikir mübadiləsi aparıblar. Rəsmilər, ikitərəfli siyasi əlaqələrin müxtəlif formatda inkişaf etdirilməsinin vacibliyi də önə çəkiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB