Fuad Muradov:“Milli ayrıseçkilik cəhdləri heç kimə baş ucalığı gətirmir”

Fuad Muradov:“Milli ayrıseçkilik cəhdləri heç kimə baş ucalığı gətirmir”

"Dünyada müşahidə olunan ksenofobiya cəhdləri heç kimə baş ucalığı gətirmir. İnteqrasiyanın vüsət aldığı qloballaşma dövründə bu cəhdlər çox bəsit səbəblərdir" SİA-ya verilən məlumata görə, bu sözləri II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin "Sivilizasiyalararası Alyans" Təşkilatı tərəfindən "Vətəndaş cəmiyyətlərinin gücləndirilməsi" mövzusunda keçirilən panel müzakirələrdə çıxış edən Milli Məclisin deputatı, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov bildirib.

Azərbaycanın mədəniyyətlərarası inteqrasiya prosesinə böyük töhfələr verdiyini vurğulayan F. Muradov qeyd edib ki, ötən il Bakıda 25 ölkənin iştirakı ilə yaradılmış "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı müxtəlif mədəniyyətlərə malik gəncləri bir araya gətirib: "Rəhbərlik etdiyim gənclər təşkilatı bu mühüm missiyanı üzərinə götürərək tarixi "İpək yolu" üzərində yerləşmiş 27 ölkədə davam etdirir. Biz təkcə coğrafi deyil, həm də dünyanın paylaşdığı ümumi dəyərlər əsasında birləşməyin tərəfdarıyıq. Bu baxımdan mədəniyyətlərarası dialoq prinsiplərinin təbliğində vətəndaş cəmiyyəti təşkilatları çox böyük imkanlara malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə