Amerikalı qonaqlar: “Azərbaycan inanılmaz ölkədir”

Amerikalı qonaqlar: “Azərbaycan inanılmaz ölkədir”

Azərbaycan-ABŞ: Gələcəyə baxış" forumunda iştirak edən amerikalı qonaqlar Azərbaycan və forum haqqında düşüncələrini SƏS TV ilə bölüşüblər. SİA xarici qonaqların fikirlərini oxucularına təqdim edir:

Aleks Bakelts Şimali Karolinanın Meşə Universitetinin tələbəsi (Wake Forest University in North Carolina) :

Azərbaycan Diplomatik Akademiyası çox müasirdir. Azərbaycanın təhsil sistemi haqqında onu deyə bilərəm ki, burada təhsil almaq üçün böyük imkanlar var. Hal hazırda mən Xəzər dənizində neft və qazın artımı üzrə təhsil alıram. Burda iştirak etmək, Amerika-Azərbaycan əlaqələrinin enerji sahələri üzrə inkişaf etdiyini müşahidə etmək mənim üçün böyük təcrübədir.

ABŞ nümayəndə heyətinin üzvü:

Hər ötən gün Amerika – Azərbaycan əlaqələri barədə yeni məlumatlar əldə edirəm, öyrənirəm. Azərbaycan çox möhtəşəm ölkədir. Dünyanın bu hissəsinə gəlib bu cür gözəl bir şəhər görəcəyim barədə heç bir təsəvvürüm yox idi. Bakı möhtəşəm şəhərdir.

Ralf Vinni Beynəlxalq Biznesin İnkişafı üzrə Vitse Prezident:

Burda olmağıma çox şadam. Azərbaycanda müvəffəqiyyətlə keçirilən bu forumun Amerika və Azərbaycan əlaqələrinin inkişafında mühüm rolu var. Ölkənizdə biznesin müxtəlif sahələrini öyrənirəm. Burda Azərbaycan mədəniyyətini öyrənərək əla vaxt keçirirəm. Buranın insanları inanılmazdır.

Michael E.McMahon, ABŞ Konqresinin keçmiş üzvü :

Azərbaycanda aparılan təkmiləşdirmə işlərini müşahidə etmək üçün Amerikadan çoxlu sayda qonaq gəlib. Amerika Birləşmiş Ştatlarında Konqresdə işləmişəm. Azərbaycana səfərimdən sonra burdakı insanların da Amerika xalqı kimi azadlığı, demokratiyanı, ailə-məişət münasibətlərini yüksək qiymətləndirdiyinin şahidi oldum. Azərbaycan 1918-ci ildən Müstəqillik əldə edib. 1920 – ci ildə qadınlara səsvermə hüququ verilib . Bu ölkə neft və qazla zəngindir.

Bütün xəbərlər Facebook səhifəmizdə