"Aərbaycanda qadın seçicilərin sayı 2 462 983 nəfər, kişilərin sayı isə 2 523 313 nəfərdir. İlk dəfə olaraq səsvermədə iştirak edənlərin sayı isə 114 minə yaxındır."
Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. O bildirib ki, Azərbaycanda keçiriləcək prezident seçkilərində 4 986 296 seçici iştirak edəcək: "Yaşı 85-90 arası olanların sayı 27 014, 90-100 arası olanların sayı 6 424, yaşı 100-dən yuxarı olanların sayı isə 825 nəfərdir. Ən yaşlı seçici isə 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 24 saylı seçki məntəqəsinin seçicisi 1889-cu il təvəllüdlü, 124 yaşlı Dadaşova Gözəl Əli qızıdır. Ən çox seçici yaşı olan qrup 19-30 yaş arasıdır: "Bu yaşda olan seçicilərin sayı 1 317 353 nəfərdir. Bu da seçicilərin 27,6%-ni təşkil edir".
M.Pənahov onu da bildirib ki, seçici siyahıları müvafiq dövlət qurumları ilə birgə hazırlanıb. O qeyd edib ki, proses mayın sonuna qədər yekunlaşacaq.
Bu gün həmçinin MSK-nın seçki siyahılarının çap otağı və MSK-nın arxivi ilə tanışlıq olub.
MSK-nın informasiya şöbəsinin müdiri Rüfət Gülməmmədov ətraflı məlumat verərək seçici siyahılarının çapı otağındakı yeni printerlərin sürəti və iş əmsalı haqqında məlumat verib. O qeyd edib ki, əgər əvvəkli çap printerləri 800 sətir çap edirdisə, bu printelər dəqiqədə 1500-ə yaxın sətir çap edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB