Elman Abdullayev: “Sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmır” AÇIQLAMA
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında da Rusiyanın mövqeyini həmsədr kimi bir daha təsdiqlədi və qeyd olundu ki, status-kvo qəbul edilməzdir və bunun dəyişdirilməsi istiqamətində işlər davam etdirilməlidir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Xarici işlər nazirinin mətbuat katibi Elman Abdullayev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşünə münasibət bildirərkən deyib.
XİN sözçüsünün sözlərinə görə, Azərbaycanın konkret olaraq mövqeyi ortadadır və bu ATƏT-in Minsk qrupunun mövqeyi ilə üst-üstə düşür: "Azərbaycan iki il bundan öncə ATƏT-in Minsk qrupunun həmsdərləri tərəfindən təklif edilən yenilənmiş Madrid sənədini baza prinsipi kimi qəbul etmişdi. Burada altı prinsipdən söhbət gedir. Əgər Ermənistan tərəfi bu gün həmin prinsipləri qəbul etdiyinə dair bəyanatlar verirsə, bu o deməkdir ki, sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB