İlham Əliyev Avropa Şurası Parlament Assambleyası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın çəlumatına görə, ölkə başçısı Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrimizin genişlənməsi işində rolunu qeyd edib.
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyonun ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini bildirdi.
Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon Azərbaycana ikinci dəfə səfər etməsindən məmnunluq hissi keçirdiyini vurğulayaraq ölkəmizdə sürətli inkişaf proseslərinin şahidi olduğunu söylədi, Azərbaycanın iqtisadi və digər sahələrdə qazandığı uğurların önəmini diqqətə çatdırdı. Qonaq səfərinin əsas məqsədlərindən birinin Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə qarşıdan gələn sədrliyinə hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsinin aparılmasından ibarət olduğunu dedi.
Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığa dair məsələlər müzakirə olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB