Prezident Mikayıl Cabbarovun keçmiş postuna rəis təyin etdi

Prezident Mikayıl Cabbarovun keçmiş postuna rəis təyin etdi

Prezident İlham Əliyev "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni rəis təyin edilməsi haqqında sərəncam verib. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi xəbər görə, ölkə başçısının sərəncamına əsasən Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin olunub.

Xatırladaq ki, Samir Nuriyev daha əvvəl qoruğun rəis müavini vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə