Əli Əhmədov ABŞ səfirinin müxalifət nümayəndələri ilə görüşünə münasibət bildirib

Əli Əhmədov ABŞ səfirinin müxalifət nümayəndələri ilə görüşünə münasibət bildirib

"Güman etmirəm ki, ABŞ səfiri müxalifətin nümayəndələri ilə hansısa bir siyasi problem ətrafında müəyyən bir proqramla bağlı müzakirə aparmış olsun". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə ABŞ səfirinin ötən gün müxalifət liderləri ilə keçirdiyi qapalı görüşünə münasibət bildirərkən deyib.

Əli Əhmədov qeyd edib ki, ABŞ səfirliyinin verdiyi məlumatda görüşdə ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr aparıldığı məlum olub: "ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın istər müxalifət nümayəndələri, istərsə də hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri ilə tez- tez keçirdiyi görüşləri bütövlükdə maraqlı hesab edirik".

YAP rəsmisi hesab edir ki, bu, normal bir şeydir: "Əgər bu görüşdə Azərbaycanın daxili işlərinə qarışacaq söhbət olubsa, biz buna qarşı çıxırıq. Amma mən belə bir cəhdin olmasına inanmıram".

Bütün xəbərlər Facebook səhifəmizdə