"Gələn ilin əvvəlində Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılacaq”

"Gələn ilin əvvəlində Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılacaq”

NATO Parlament Assambleyasının (PA) yaz sessiyasında Azərbaycanın Əfqanıstanda xidmət edən sülhməramlı qüvvələri ilə bağlı məsələ müzakirə olunub. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, NATO Parlament Assambleyasında 2014-cü ildə ABŞ-ın, ümumiyyətlə NATO üzvü və tərəfdaş ölkələrə məxsus qüvvələrin Əfqanıstandan çıxarılması, orada təhlükəsizliyin yerli silahlı qüvvələr tərəfindən təmin olunması məsələsi qaldırılıb: "Doğrudur, suallar yarandı ki, biz oradan çıxandan sonra təhlükəsizliklə bağlı problemlər və s. yarana biləcək. Amma yekunda qərar o oldu ki, NATO qüvvələri, o cümlədən bizim 94 nəfərlik qüvvələrimizin gələn ilin əvvəlindən Əfqanıstandan çıxarılmasına başlanılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə