Şahin Seyidzadə: “Gəncləri birləşdirən ikinci “Milli Şura” müzakirə mövzusu deyil” AÇIQLAMA
Seçki qabağı müxtəlif siyasi mövqedə olan qruplar xeyli aktivləşiblər. Onlar bu aktivliklərinin hesabına gənclər arasında reytinq yığmağa çalışırlar. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə müxalifət tərəfindən mayın sonlarında yaradılması planlaşdırılan Milli Şura məsələsinə münasibət bildirərkən deyib.
Ş.Seyidzadənin sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının mövqeyi dəqiq və konkretdir: "Son 17 il ərzində gəncləri birləşdirən yeganə Milli Şura Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasıdır. Digər bir Milli Şurada gənclərin birləşməsi haqqında söhbət belə gedə bilməz. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri olaraq bu məsələdə mövqeyimiz aydındır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının qapıları hər bir gənc üçün açıqdır. Məsələylə bağlı əlavə heç bir şərhə ehtiyac duymuruq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB