Əkbər Qoşalı: “Hər kəs öz ölkəsinin qanunlarına hörmətlə yanaşmalıdır" AÇIQLAMA
"Biz burada öz dövlətimizdən, müstəqil Azərbaycandan söhbət edirik. Burada isə icazə almaq bizim təkcə hüquqi borcumuz deyil, eyni zamanda vətəndaş məsuliyyətimiz və mənəvi-əxlaqi borcumuzdur". Bunu SİA-ya açıqlamasında Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı müxalifət dairələrinin növbəti dəfə mayın sonlarında gənclərin iştirakı ilə keçirmək istədikləri icazəsiz aksiyalara münasibət bildirərkən deyib.
Ə.Qoşalının sözlərinə görə, biz öz dövlətimizdən icazə alırıq, öz konstitusiyamıza istinad edirik və öz qanunlarımızla hərəkət edirik: "Bu insanı nəinki narahat etməlidir, əksinə məmnun etməlidir. Hər kəs öz sevgisi, diqqəti ilə ölkəsinin qanun-qaydalarına hörmətlə yanaşmalıdır. Bu mənada icazəsiz aksiyanın keçirilməsi hesab edirəm ki, ədalətsizlikdir. Düşünürəm ki, müvafiq dövlət orqanları da bu kimi hallara qarşı lazımi addımlarını atacaq. Azərbaycan gəncliyi zəki bir gənclikdir. Beləcə, ölkə gəncliyi Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparıb şəhidlər verən, Mübariz İbrahimov kimi mühüm bir hadisəyə imza atan gəncliyin nümayəndələridir. Bu mənada hesab etmirəm ki, kimlərsə ölkə gənclərindən istifadə edib uğurlu nəticələr əldə edə bilər. Azərbaycan gəncliyi daima dövlətimizin, ölkə prezidenti İlham Əliyevin yanındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB