Sərraf Balaxan: “İqtidar seçki hazırlığı ilə məşğuldur, müxalifət isə haray-həşirdədir” AÇIQLAMA

Sərraf Balaxan: “İqtidar seçki hazırlığı ilə məşğuldur, müxalifət isə haray-həşirdədir” AÇIQLAMA

"Bu gün ölkəmizin siyasi səhnəsində müşahidə edilən proseslər bundan əvvəl olan seçkiöncəsi proseslərdən hec nə ilə fərqlənmir. Yenə də iqtidar seçki hazırlığı ilə məşğuldur. Müxalifət isə haray-həşirdədir. Yeni bloklar, qruplar, şuralar, klublar yaradan kim, 5-10 nəfər insanı başına yığıb gələcəklə bağlı nağıllar danışan kim...". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisinin rəhbəri Sərraf Balaxan müxalifət tərəfindən mayın sonlarında yaradılması planlaşdırılan Milli Şura məsələsinə münasibət bildirərkən deyib.

YAP GB ofisinin rəhbərinin sözlərinə görə, bu gün ortaya atılan nağıllara inanan, 20 ildir eyni nağıllardan doymayanların İctimai Palata qədər ümid etdiyi daha bir qrum formalaşmaq ərəfəsindədir: "İctimai Palatada olduğu kimi, burada da bütün ağsaqqallar, qarasaqqallar, başbilənlər yeni yaranacaq qrumun başına yığılıblar. Azərbaycandan 20 ildir müxalifətçilik edən partiyalar indiyə qədər 20-yə yaxın belə birlik yaradıblar. Hər birinin də aqibəti bizlərə bəllidir. Bu ayın sonunda yaradılması rəsmən təsdiq ediləcək "Milli şura" adlanan birlik də adının nə olub-olmamasından asılı olmayaraq tezliklə məhv olacaq. Çünki o şurada birləşmək istəyən insanlar həm mənəvi, həm də siyasi əqidə baxımından bir-birindən çox uzaqdır. Bu insanlar arasında liderliyə iddialı olanlar həmin mövqedə bir-birinə qəti güzəştə gedə bilməyənlərdir. Bunu artıq dəfələrlə təkraralanan seçkiöncəsi hadisələrdə müşahidə etmişik".

"Hazırda bu şuranı yaratmaq istəyənlər iqtidarın bundan narahat olduğunu iddia edirlər, amma belə bir narahatlıq yoxdur. Çünki Yeni Azərbaycan Partiyası (YAP) bu gün bütün gücü ilə partiyanın qurultayına və seçkilərə hazırlaşır. Ətrafda baş verən belə xırda və heç bir qüvvəsi olmayan siyasi oyunlar YAP üçün əhəmiyyət daşımır"-deyə, Sərraf Balaxan sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə