Antonis Samarasın Azərbaycana səfəri başa çatıb

Antonis Samarasın Azərbaycana səfəri başa çatıb

Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın Azərbaycan Respublikasına işgüzar səfəri mayın 19-da başa çatıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Yunanıstan Respublikasının Baş naziri Antonis Samarası Azərbaycan Respublikasının sənaye və energetika naziri, Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının həmsədri Natiq Əliyev və digər rəsmi şəxslər yola saldılar.

Bütün xəbərlər Facebook səhifəmizdə