Alev Kılıç: “Ermənistanın bütün siyasi məqamları əngəllərə yol açır” AÇIQLAMA
"Ermənistanın bölgədə apardığı bütün işlər, xüsusilə siyasi məqamlar əngəllərə yol açmaqdadır". Bunu SİA-ya açıqlamasında Avrasiya Araşdırmalar Mərkəzinin direktoru (Türkiyə) Alev Kılıç Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə eləcə də Rusiya tərəfinin işğalçı ölkəyə dəstək olması məsələsinə münasibət bildirərkən deyib.
Direktorun sözlərinə görə, Dağlıq Qarbağ münaqişəsi 21 ildir hələ də öz həllini tapa bilmir: "Buna rəğmən Ermənistan tərəfi Türkiyə dövləti ilə müəyyən şərtlər daxilində irəliyə doğru addımlar atmağa çalışır. Düşünürəm ki, bölgədə əgər kimsə sülh, firəvan şəraitdə yaşamaq istəyirsə, Ermənistan tərəfi də öz qonşuları ilə bu cür əlaqələr yaratmalıdır".
Rusiya ilə Ermənistan məsələsinə gəlincə, deyə bilərəm ki, hər iki ölkə arasındakı əlaqələr heç kimə sirr deyil: "Ermənistan- Rusiya əlaqələri hər kəsə məlumdur. Məlumdur ki, Rusiya ATƏT-in Minsk qrupu həmsədrliyinə vasitəçilik edir amma buna baxmayaraq, Ermənistan tərəfinə də əlverişli şərait yaradır və onu müdafiə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB