"Dünyanın yeniləşməsi ilə ayaqlaşan Azərbaycan: reallıqlar və faktlar “ DƏYİRMİ MASA

"Dünyanın yeniləşməsi ilə ayaqlaşan Azərbaycan: reallıqlar və faktlar “ DƏYİRMİ MASA

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə "Dünyanın yeniləşməsi ilə ayaqlaşan Azərbaycan: reallıqlar və faktlar "layihəsi çərçivəsində dəyirmi masa təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan BMAM sədrinin müavini Anar Abdullayev layihə haqqında məlumat verib. Bildirib ki, layihə iki mərhələdə 3 ay müddətində həyata keçiriləcək.

Çıxış edən BMAM sədri Rufiz Qonaqov layihənin məqsədi və əhəmiyyəti haqqında məlumat verərək bildirib ki, layihə çərçivəsində yeni texnologiyaların imkanlarından istifadə olunur: "Müasir texnologiyaların imkanlarından istifadə etməklə ölkəmizi, onun inkişafını daha geniş arealda təbliğ etmək olar. Elə buna görə də, layihə çərçivəsində "facebook" sosial şəbəkəsində "İnkişaf qrupu" yaradılıb. Artıq qrupun 2 mindən çox üzvü var. Qrupda Azərbaycanın sosial-inkişafı, siyasi uğurları haqqında müxtəlif mövzular qoyularaq ictimai müzakirələr aparılır. Müzakirələrdə bildirilən fikirlər tərəfimizdən dəyərləndirilir. Yekun olaraq bu təkliflər şuraya və müvafiq icra strukturlarına təqdim olunacaq. Həmçinin layihə çərçivəsində ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları, Heydər Əliyev Fondu tərəfindən görülən işlər öyrənilir və yayılır".

Daha sonra çıxış edən layihənin ekspertlər qrupunun üzvü, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov isə bildirib ki, ötən illərdə Azərbaycanın inkişafı müxtəlif sahələri əhatə edir.

Tədbir dəyirmi masada iştirak edən QHT rəhbərlərinin çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə