Gülsel Səfərova: “Onların məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir”
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərovanın SƏS TV- yə müsahibəsi
- Gülsel xanım, bildiyimiz kimi Gənclərlə İş Üzrə İctimai Şuranın növbəti iclası keçirilib və iclas prosesində gənclər bir daha cənab prezidentə səs verəcəklərini bəyan ediblər. Sizcə, bunu gənclərin liderlərinə olan sədaqət və inamı kimi qiymətləndirmək olar?
- Çox düzgün və yerində ünvanlanmış sualdır. Gənclərlə İş Üzrə İctimai Şuranın sonuncu iclasında rəsmilərlə yanaşı, bir sıra gənclər təşkilatları da iştirak edib. Nəzərinizə çatdırmaq istəyirəm ki, İctimai Şuranın tərkibinə 200-ə yaxın gənclər təşkilatı daxildir. İclasda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və gənclər və idman nazirini müavini İntiqam Babayevin iştirakını xüsusilə diqqətəlayiq hesab edirəm. Çünki, onların iştirakı bu Şuranın nə dərəcədə önəmli olduğunu bir daha təsdiq etmiş oldu. İclasda mövzu olaraq "İctimai-siyasi məsələlərdə gənclərin iştirakı" məsələsi qoyulmuşdur. Tədbir zamanı bir sıra rəsmlərlə yanaşı, eyni zamanda gənclərin bir nümayəndəsi olaraq mən də öz fikrimi bildirdim. Çıxışımda gənclərin bugünkü uğurlarının məhz cənab prezidentimiz İlham Əliyevlə bağlı olduğunu söylədim. Bu fikri deməyə təbik ki, bir çox əsaslarım var. Çünki, son 10 ilə nəzər salsaq, aydın şəkildə görərik ki, Azərbaycan gəncinin sabaha inamı günü-gündən artır. Cənab prezident gənclərin inkişafı, təhsil səviyyəsinin inteqrasiyası barədə bir sıra əmrlər, fərmanlar, sərəncamlar imzalayıb. Düşünürəm ki, bir gənc kimi gənclər təşkilatı olaraq bu imkanlardan maksimum dərəcədə faydalanmalıyıq.
Bildiyiniz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvi seçildi. Enerji təhlükəsizliyi baxımdan Avropanın ən dayanıqlı müttəfiqi oldu. Təbii ki, biz gənclər bu prosesləri müşahidə edirik və bu da bir müşahidəçi kimi növbəti seçkilərdə yenidən cənab prezident İlham Əliyevə səs verməyə bizə əsas verir.
- Gənclərlə bağlı Prezident İlham Əliyevin təsdiqlədiyi dövlət proqramlarının icrası prosesini, gənclərin sosial - məişət problemini, xaricdə təhsil almaq və digər qayğılarının həll edilməsini necə şərh edərdiniz?
- Son 10 ildə Azərbaycan gəncliyi ilə bağlı bir neçə dövlət proqramı icra olunub və sonuncusu "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı olub. Bu proqramda gənclərin sosial, mədəni, iqtisadi problemləri öz əksini tapıb. Bu dövlət proqramı çərçivəsində Azərbaycan Gənclər Fondu yaradıldı. İpoteka krediti şərtlərinin mexanizminin sadələşdirilməsi xüsusi olaraq proqramda öz əksini tapıb.
- Təəssüflər olsun ki, prezidentimizin uğurlarını dərk etməyən bəzi gənclər təsir altına düşərək, antiazərbaycan qüvvələr tərəfindən iğtişaşlara cəlb edilirlər. Sizcə, bunun qarşısını necə almaq olar?
- Azərbaycan gənci olduqca dinamikdir. Ölkəmizin sürətlə inkişaf etməsi bir çox əcnəbi qurumları narahat edir. Onlar hər vasitə ilə bunun qarşısını almaq istəyirlər. Məkrli niyyətlərinin baş tutması üçün əsasən sosial şəbəkələrdən və gənclərdən sui-istifadə edirlər. Və bu prosesin həyata keçirilməsində onlar əsasən intellektual səviyyəsi, sərbəst düşünmə, nəticə çıxarma qabiliyyəti aşağı olan gənclərə üz tuturlar. Bununla bağlı geniş şəkildə danışmaq istəməzdim. Çünki, düşünürəm ki, media tərəfindən bu problem layiqincə araşdırılıb, işıqlandırılır. Mən onların da Azərbaycan gənci olduğunu düşünürəm və buna görə də Azərbaycan gəncliyi ilə bağlı irəli sürdüyümüz təklif və rəylərdə onların da iştirak etməsini istəyirəm. Əfsus ki, onlar bu məsələdə olduqca laqeyddir, heç bir fikir irəli sürmək istəmirlər. Onların məqsədi ancaq üsyankar və heç bir əsası olmayan iğtişaşlar törətməkdir. Həqiqətən bu, məni çox məyus edir. Çünki onlar da, biz də, Azərbaycan Respublikasının gəncləriyik. Nəyə görə Azərbaycan gənci iqtidar və müxalifətə bölünməlidir? Olmaz ki, onlar məkrli niyyətlərindən, kürsüyə yiyələnmək məqsədlərindən əl çəkib dövlətimizin milli maraqlarına xidmət etsinlər. Ölkəmizin gələcək inkişafı və rifahı naminə bizlə birgə addımlar atsınlar. Sosial şəbəkələrə nəzər salsaq görərik ki, onların məqsədi Azərbaycanın gələcəyinə xidmət etmək deyil, beynəlxalq aləmdə olan imicinə xələl gətirməkdir.
Sona
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB