"Prezident İlham Əliyevin “10 ilin dövlət adamı” seçilməsi təsadüfi deyil" MÜNASİBƏT

"Prezident İlham Əliyevin “10 ilin dövlət adamı” seçilməsi təsadüfi deyil" MÜNASİBƏT

""Ekovitrin" jurnalı həm Türkiyədə, həm də xaricdə tanınan nüfuzlu nəşrdir. Jurnal vaxtaşırı Azərbaycanla bağlı materiallar dərc edir. Jurnal kollektivinin istər Azərbaycanla tanışlığı, istərsə də dövlət başçısı cənab İlham Əliyevin fəaliyyəti ilə bağlı geniş məlumatları var. Jurnalın belə qərar verməsi də uzunmüddətli müşahidənin, eyni zamanda müqayisələrin nəticəsidir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilən rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan qardaş ölkədir: "Bu səbəbdən də həmin ölkənin nüfuzlu mətbuat orqanının dövlət başçımız İlham Əliyevi "10 ilin dövlət adamı" seçməsi təsadüfi deyil. Bu 10 il ərzində Azərbaycan bütün sahələr üzrə güclənib və ən nüfuzlu dövlətlər sırasında qabaqcıl yerlərdən birini tutub. Azərbaycan bu gün regionun vacib problemlərini həll edən güc mərkəzidir. Bu baxımdan verilən qərarı düzgün sayıram".

Qeyd edək ki, prezident İlham Əliyev Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilən rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilib. Jurnalda İlham Əliyevin Azərbaycanın Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə