YAP Astara rayon təşkilatının IX konfransı keçirilib FOTO

YAP Astara rayon təşkilatının IX konfransı keçirilib FOTO

Mayın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının IX konfransı olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov çıxış edərək konfransın ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərinin Azərbaycan xalqı tərəfindən böyük təntənə ilə qeyd edildiyi diqqətə çatdıraraq növbəti Prezident seçkiləri ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

YAP Siyasi Şurasının üzvü, partiyanın icra katibinin müşaviri Kərim Kərimov çıxışında Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyeva ilə bağlı xatirələrindən danışıb, Ulu Öndərin Azərbaycan dövlətçiliyi üçün gördüyü qlobal işlərdən danışıb, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası nəticəsində ölkəmizin bütün regionlarında, o cümlədən Astara rayonunda böyük inkişafa nail olunduğunu qeyd edib.

Milli Məclisin deputatı Aslan Cəfərov çıxışında iqtidar partiyası olan YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəğmizin bütün sahələrində qazanılan uğurlardan, dövlətimizin daha da qüdrətlənməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətinə diqqət çəkib.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Astara rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, qarşıdan gələn Prezident seçkilərində Astara seçicilərinin İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əmin olduğunu bildirib.

Konfransda YAP-ın V qurultayına nümayəndələr seçilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня