Qocaman jurnalistin 80 illik yubileyi qeyd olundu FOTOLAR

Qocaman jurnalistin 80 illik yubileyi qeyd olundu FOTOLAR

Bu gün Mətbuat Şurasında (MŞ) qocaman jurnalist Ələsgər Cabbarovun 80 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə MŞ-nın üzvləri, jurnalistin keçmiş iş yoldaşları iştirak ediblər.

Tədbiri giriş sözü MŞ-in sədri Əflatun Amaşov açaraq Ə.Cabbarovu təbrik edib və ona yaradıcılığında uğurlar arzu edib. Bildirilib ki, Ə.Cabbarov həyata elə jurnalist kimi gəlib: "Qocaman jurnalist hələ Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) oxuduğu illərdə qələm sahibi olub".

Daha sonra MŞ-in Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov, Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə və digərləri çıxış edərək yubilyarı təbrik edib, onun həyat və yaradıcılığının müasir Azərbaycan jurnalistikası üçün örnək olduğunu vurğulayıb.

MŞ sədri Ə.Cabbarovun jurnalistika sahəsindəki fəaliyyətini qiymətləndirərək, onu Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə