15 may 2013-cü il tarixində SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Dr. Rövşən İbrahimov və İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Dr. Vüsal Qasımlı Misirin paytaxtı Qahirə şəhərinə səfər edəcək. SAM-dan SİA-ya verilən məlumata görə, səfər zamanı hər iki mütəxəssisin Qahirənin Amerika Universitetində və Qahirə Universitetinin Asiya təlimləri mərkəzinin Azərbaycanşünaslıq bölməsində "Azərbaycanın iqtisadiyyatı və enerji siyasəti" mövzusunda məruzələrlə çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, səfərin məqsədi Misirin tədqiqatçılarına və universitet tələbələrinə Azərbaycanın müasir vəziyyəti və inkişaf tendensiyasını elmi təhlillər əsasında təqdim etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB