“Mən Qarabağam!” layihəsinə start verildi

YAP Gənclər Birliyi Dağlıq Qarabağ həqiqətlərini dünyaya yayır
“Mən Qarabağam!” layihəsinə start verildi

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi gənclərin və ictimaiyyətin diqqətini cəlb edən müxtəlif layihələr həyata keçirir. Bu layihələrin bir istiqaməti də ermənilərin xalqımıza qarşı törətdiyi cinayət faktlarının ifşası və bu faktların gənclərə çatdırılmasından ibarətdir.

Ermənilərin törətdiyi ən böyük cinayətlərdən biri də tarixi Azərbaycan torpağı olan Qarabağın incisi Şuşa şəhərinin dağıdılması və əhalisinin didərgin salınmasıdır.

Bu münasibətlə YAP Gənclər Birliyi gənclərimizin təmsil olunduğu müxtəlif təşkilatların və ayrıca şəxslərin də dəstəyi ilə "Mən Qarabağam!" layihəsinə start vermişdir. Bu layihənin ideya müəllifi Rəhim Davudov, koordinatoru isə Kamran Əliyevdir. Layihə çərçivəsində hazırlanmış və tarixi Azərbaycan torpaqlarının işğalı faktını əks etdirən, xarici vətəndaşların dilindən səsləndirilən videoparçalar nümayiş etdirilmiş və bu videoparçalar interntdə yayınmlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə