Prezidentlər təkbətək görüşüb SƏFƏR

Prezidentlər təkbətək görüşüb SƏFƏR

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avstriya Respublikasına rəsmi səfəri çərçivəsində ölkə prezidenti Haynts Fişerin təkbətək görüşüb. SİA xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidentinin Avstriyaya rəsmi səfərinin əlaqələrin inkişafına töhfə verəcəyi bildirilib.

Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə